Vətənim Media xəbər verir ki, kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin qiyməti azalıb. CoinMarketCap məlumatına əsasən, Bitcoin 3,51 faiz ucuzlaşaraq 80 760,38 dollara enib. Son yeddi gündə onun qiyməti 2,31 faiz geriləyib, 30 günlük göstəricidə isə 3,89 faiz artım qeydə alınıb.
Ethereumun qiyməti 6,40 faiz azalaraq 2 353,38 dollar, BNB-nin qiyməti isə 4,06 faiz geriləyərək 715,28 dollar olub. Zcash 12,85 faiz ucuzlaşaraq 1 102,34 dollara düşüb. Solana 5,47 faiz azalaraq 102,12 dollar, Bitcoin Cash isə 7,06 faiz geriləyərək 260,90 dollar təşkil edib. PAX Gold və Tether Gold da müvafiq olaraq 0,43 və 0,53 faiz dəyər itirib. CoinMarketCap 20 indeksi 4,26 faiz enərək 163,33 bəndə düşüb, Bitcoinin bazar kapitallaşması isə 1,62 trilyon dollar olub.
Analitiklərin qiymətləndirməsinə görə, ucuzlaşma investorların riskli aktivlərdən uzaqlaşması və satış təzyiqinin artması ilə bağlı ola bilər. Kredit çiyni ilə açılmış mövqelərin məcburi bağlanması da qiymət enişini dərinləşdirə bilər.
Əsas mənbə: APA
