Vətənim Media xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin təlim toplanışı davam edir. Təlimlər cari ilin hazırlıq planına uyğun təşkil olunur.
Toplanış çərçivəsində iştirakçılar ixtisas hazırlığı üzrə məşğələlərə qatılıb, atıcı silahların xüsusiyyətləri və təhlükəsizlik qaydaları ilə tanış olublar. Onlar xəritə üzərində nəzəri və praktiki tapşırıqları yerinə yetirib, silah və texnikadan, rabitə vasitələrindən istifadə, ilkin tibbi yardım və yaralıların təxliyəsi üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər. Proqramın növbəti mərhələsində hərbi vəzifəlilər atıcı silahlardan praktiki atış çalışmaları icra ediblər.
Əsas mənbə: APA
