Vətənim Media xəbər verir ki, Azərbaycan Rəssamlıq Akademiyasının “Rəsm” kafedrasının baş müəllimi, rəssam Əkrəm Tağıyev vəfat edib. O, Xalq rəssamı Tağı Tağıyevin ailəsində böyüyüb və 1974-cü ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib.
Tağıyev uzun illər ali və orta ixtisas təhsili müəssisələrində rəsm fənnini tədris edib. 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəsm” kafedrasında, 2003-cü ildən isə Azərbaycan Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərib. Rəssamın yaradıcılığında mənzərə, portret və natürmort janrları geniş yer tutub. “Abşeron”, “Dəniz mənzərəsi”, “Güzgü qarşısında”, “Xəzri”, “Qobustan daşları”, “Avtoportret” və “Bakı gecəsi” onun tanınan əsərlərindəndir.
Əsas mənbə: APA
