Vətənim Media xəbər verir ki, oktyabrın 16-da Qarabağ Universitetində Azərbaycan və Özbəkistan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib. Tədbirdə iki ölkədən 30-a yaxın universitetin nümayəndələri iştirak edib.
Forumda ali təhsil əməkdaşlığının genişləndirilməsi, birgə elmi tədqiqatlar, innovasiya və universitet–sənaye əlaqələri müzakirə olunub. Tədbir çərçivəsində universitetlərarası əməkdaşlıq və birgə akademik təşəbbüsləri nəzərdə tutan 60-a yaxın anlaşma memorandumu imzalanıb.
Forumun proqramına Xankəndi və Şuşaya tanışlıq turları, həmçinin Füzulidəki Mirzə Uluqbəy adına 1 nömrəli məktəbə səfər daxil edilib. Tədbir oktyabrın 17-də davam edəcək.
Əsas mənbə: APA
