Bakı-Quba yolunda aşan yük maşınında sürücü ölüb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Bakı-Quba yolunda aşan yük maşınında sürücü ölüb

Vətənim Media xəbər verir ki, Bakı-Quba ödənişli avtomobil yolunda “Mercedes” markalı özüqaldıran yük maşını aşıb. Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Turqay Qasımov avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri xüsusi vasitələrlə onun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Qəzanın səbəbləri araşdırılır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗