Vətənim Media xəbər verir ki, Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb, xəstələrdən biri vəfat edib. Son sutkada aşkarlanan dörd yeni yoluxmadan üçü ilk xəstəyə tibbi yardım göstərən tibb işçilərində, biri isə ölən şəxsin qohumunda müəyyən olunub.
Yeni yoluxanların hamısı simptomlar üzə çıxanda karantində olub. Daha əvvəl virusa yoluxduğu aşkarlanan iki xəstənin vəziyyəti sabitdir. Səhiyyə Nazirliyi ilk xəstə ilə təmasda olan 130 nəfərdən 128-nin müəyyən edilərək karantinə götürüldüyünü bildirib. Qurumun məlumatına əsasən, məlum təmas zəncirlərindən kənarda yoluxmanın yayıldığını göstərən əlamət yoxdur. Ölkədə səyahət, ticarət və kütləvi tədbirlərlə bağlı məhdudiyyət tətbiq edilməyib.
Əsas mənbə: APA
