Vətənim Media xəbər verir ki, İranla Pakistan arasındakı quru sərhədindən gediş-gəliş texniki problemlər və ehtiyat tədbirləri ilə əlaqədar müvəqqəti dayandırılıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlama verib.
Bəqayinin sözlərinə görə, iki ölkənin aidiyyəti qurumları problemin aradan qaldırılması və sərhəd-keçid məntəqələrinin fəaliyyətinin bərpası üçün əlaqə saxlayır. Məsələnin mümkün qədər tez həlli ilə bağlı məsləhətləşmələr aparılır. İran və Pakistanın ortaq sərhədinin uzunluğu təxminən 909 kilometrdir.
Əsas mənbə: APA
