Vətənim Media xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Ukraynanın hazırda ABŞ Silahlı Qüvvələrinin istifadə etdiyi “Starshield” hərbi peyk rabitə sisteminə çıxışının olmadığını bildirib. O, bu açıqlamanı oktyabrın 17-də Özbəkistana səfərindən əvvəl jurnalistlərin suallarını cavablandırarkən verib.
Rubionun sözlərinə görə, kommersiya xidməti olan “Starlink”dən fərqli olaraq, “Starshield” hərbi təyinatlı sistemdir. Məsələ tərəflər arasında müzakirə olunur və Ukraynanın sistemdən necə istifadə etmək istədiyi nəzərdən keçirilir. Dövlət katibi bildirib ki, Kiyev Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün “Starshield”ə çıxış istəyib, lakin hazırda bu imkana malik deyil.
Əsas mənbə: APA
