Vətənim Media xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 18-də Qırğızıstana səfər edib. Onu Bişkekdə Manas Beynəlxalq Hava Limanında Qırğızıstan parlamentinin sədr müavini Jıldız Taalaybek qızı, Azərbaycanın səfiri Lətif Qəndilov, TÜRKPA-nın Baş katibi Ramil Həsən və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər proqramında bir sıra görüşlər və TÜRKPA-nın 15-ci plenar iclasında iştirak nəzərdə tutulub.
Əsas mənbə: APA

