Vətənim Media xəbər verir ki, hadisə Sumqayıtın 2-ci mikrorayonunda baş verib. 1985-ci il təvəllüdlü Məhəbbət Məmmədov tikilinin damında təmir apararkən xəsarət alaraq köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ona ilkin yardım göstərib, xüsusi vasitələrlə aşağı endirərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Əsas mənbə: APA
