Vətənim Media xəbər verir ki, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 15-ci plenar iclası və Assambleya Şurasının toplantısı 19–20 oktyabr 2026-cı ildə Bişkekdə baş tutacaq. İclasa Qırğızıstanın Joqorku Keneşi ev sahibliyi edəcək.
Plenar iclas “Süni intellekt və texnoloji tərəqqi dövründə türk dünyasında parlament əməkdaşlığı” mövzusuna həsr olunacaq. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasından parlament sədrlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, eləcə də beynəlxalq və tərəfdaş təşkilatların nümayəndələrinin iştirakı gözlənilir. İclas çərçivəsində Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun beşinci toplantıları da keçiriləcək.
Əsas mənbə: APA
