Vətənim Media xəbər verir ki, oktyabrın 17-də Romada Azərbaycanın mina probleminin humanitar nəticələrinə həsr olunan fotoekspozisiya keçirilib. Tədbir “Gilavar Foto Klubu” İctimai Birliyinin Avropada həyata keçirdiyi “Minasız dünya” kampaniyası çərçivəsində təşkil olunub.
Ekspozisiya ilə beynəlxalq ictimaiyyətə minaların mülki əhali üçün yaratdığı təhlükə barədə məlumat verilib. İşğal dövründə basdırılmış minalar müharibə başa çatdıqdan sonra da insanların həyatı üçün risk olaraq qalır. Kampaniya çərçivəsində oktyabrın 5-dən 15-dək Cenevrə, Brno, Lyublyana, Sarayevo, Zaqreb və Salzburqda da fotoekspozisiyalar keçirilib.
Əsas mənbə: APA


















