Naxçıvanda dörd avtomobil toqquşub: beş nəfər xəsarət alıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz
Naxçıvanda dörd avtomobil toqquşub: beş nəfər xəsarət alıb

Vətənim Media xəbər verir ki, Naxçıvan şəhərinin Topçubaşov küçəsində “Hyundai”, “Audi” və iki “Kia” markalı avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Qəzada xəsarət alan 2001-ci il təvəllüdlü Aysel Zeynalova, 1961-ci il təvəllüdlü Gülyanaq Hacıyeva, 1983-cü il təvəllüdlü Zənibə Seyidova və 2008-ci il təvəllüdlü Sadiq Həsənzadə ilə Ülvi Quliyev xəstəxananın təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Hadisə ilə bağlı araşdırma aparılır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗