Vətənim Media xəbər verir ki, Xırdalanın nəqliyyat əlaqələrini yaxşılaşdırmaq üçün iki yol layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihələr Bakı və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025–2030-cu illər Dövlət Proqramına daxildir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, layihələrdən biri yeni tunel və əlaqələndirici yolların tikintisini, mövcud yollarla yol qovşaqlarının yenidən təşkilini nəzərdə tutur. Digər layihə M-4 magistralından şəhər mərkəzinə birbaşa bağlantı yaratmaq üçün tunel və müxtəlif səviyyəli yol ötürücüsünün inşasını əhatə edir.
İşlər başa çatdıqda Xırdalanın M-1 və M-4 magistralları ilə əlaqələri genişlənəcək, şəhərdaxili hərəkət üçün alternativ marşrutlar yaranacaq. Layihələrin məqsədi sürücülərin əlavə məsafə qət etməsini azaltmaq və şəhər küçələrində nəqliyyat sıxlığının azalmasına şərait yaratmaqdır.
Əsas mənbə: APA
