Vətənim Media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ötən gecə Ukraynaya hücumları ilə bağlı Kiyevin tərəfdaş ölkələrdən əvvəlcədən xəbərdarlıq almadığını bildirib. O, bunu “X” hesabında yazıb.
Zelenskinin sözlərinə görə, hücumlarda enerji obyektləri ilə yanaşı tibb klinikası, məktəb, metro stansiyası və yaşayış binaları da hədəfə alınıb. O, Rusiyanın Kiyev və Kiyev vilayətinə 16 ballistik raket, eləcə də müxtəlif tipli 200-dən çox dron, o cümlədən reaktiv “Şahid” dronları atdığını qeyd edib.
Ukrayna prezidentinin paylaşımına görə, 10-dan çox enerji obyekti vurulub, 550 min ailə işıqsız qalıb.
Əsas mənbə: APA
