Ukrayna ordusu Rusiyanın radar stansiyası və hərbi anbarlarını vurdu

Şrift
🔊 Xəbəri dinlə — Novruz
Ukrayna ordusu Rusiyanın radar stansiyası və hərbi anbarlarını vurdu

Vətənim Media xəbər verir ki, Ukrayna Müdafiə Qüvvələri oktyabrın 18-dən 19-na keçən gecə Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargahın məlumatına görə, Bryansk vilayətinin Trubçevsk rayonunda radiolokasiya stansiyası vurulub. Xarkov vilayətinin Liman Pervıy yaşayış məntəqəsi yaxınlığında artilleriya atəş mövqeyi və pilotsuz uçuş aparatlarının heyətinin mövqeyi hədəfə alınıb. Donetsk vilayətində isə sursat və maddi-texniki təminat anbarına, eləcə də Rusiya hərbçilərinin cəmləşdiyi mövqelərə zərbələr endirilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗