Azərbaycan və BƏƏ pilotları “Şahinlərin Görüşü-2026” təlimində taktiki manevrlər edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz
Azərbaycan və BƏƏ pilotları “Şahinlərin Görüşü-2026” təlimində taktiki manevrlər edib

Vətənim Media xəbər verir ki, “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin pilotları növbəti mərhələnin tapşırıqlarını yerinə yetiriblər.

Hücum və müdafiə xarakterli hava əməliyyatlarında pilotlar şərti hədəfləri aşkarlayıb, nişan alıb və zərərsizləşdiriblər. Onlar mürəkkəb taktiki manevrlər də həyata keçiriblər.

Müdafiə Nazirliyinin məlumatına görə, təlim pilotların taktiki hazırlığını və mürəkkəb şəraitdə operativ qərarvermə bacarıqlarını artırmağa, eləcə də iki ölkənin hərbi aviasiya heyətləri arasında təcrübə mübadiləsini və qarşılıqlı fəaliyyəti genişləndirməyə yönəlib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗