Azercell lotereyasında hər həftə 7 iPhone və Toyota Corolla Cross oynanılacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz
Azercell lotereyasında hər həftə 7 iPhone və Toyota Corolla Cross oynanılacaq

Vətənim Media xəbər verir ki, Azercell-in 30 illiyinə həsr olunan “30 il səninlə” lotereyasında fakturasız xətt abunəçiləri 19 oktyabrdan şans qazanmağa başlayıblar. Kampaniya dekabrın 15-dək davam edəcək.

Hər həftə keçiriləcək canlı tirajlarda 7 iPhone və bir Toyota Corolla Cross avtomobili udulacaq. Lotereyanın finalında isə mənzil qalibə təqdim olunacaq. İştirak üçün “Azercell” tətbiqinin “Lotereya” bölməsində qeydiyyatdan keçmək və ya 3035 nömrəsinə START yazıb SMS göndərmək lazımdır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗