Vətənim Media xəbər verir ki, Bakıda ABB-nin təşkilatçılığı və Mastercard-ın tərəfdaşlıq dəstəyi ilə Beynəlxalq Risk Forumu keçirilib. Tədbirdə tənzimləyici qurumların, maliyyə sektorunun nümayəndələri və yerli, xarici ekspertlər iştirak ediblər.
ABB İdarə Heyətinin sədri Abbas İbrahimov geosiyasi qeyri-müəyyənliklərin, iqtisadi dalğalanmaların, süni intellektin inkişafının və yeni kibertəhlükələrin biznes mühitini mürəkkəbləşdirdiyini deyib. O, risklərə ənənəvi yanaşmadan kənar baxmağın və beynəlxalq təcrübə mübadiləsinin forumun əsas məqsədlərindən olduğunu bildirib.
Forumda risklərin idarə olunması, maliyyə dələduzluğu və kibercinayətkarlıqla mübarizə, rəqəmsal aktivlər və investisiya riskləri müzakirə edilib. ABB İdarə Heyəti sədrinin müavini və baş risk inzibatçısı Aqşin Əmirov bankın bu sahədə tətbiq etdiyi yeniliklər barədə təqdimatla çıxış edib.
Əsas mənbə: APA
