Vətənim Media xəbər verir ki, Tbilisidə “Gürcüstan-Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək” mövzusunda keçirilən dəyirmi masada siyasi ekspertlərdən ibarət birgə qrup yaratmaq təklifi səsləndirilib. Təklifin müəllifi gürcü siyasi analitik və professor Badri Naçkebiadır.
Naçkebia bildirib ki, qrup Gürcüstan və Azərbaycan münasibətlərinə xələl gətirməyə yönələn təxribatların mənbəyini müəyyənləşdirə və onların qarşısının vaxtında alınmasına kömək edə bilər. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev təklifi dəstəkləyib. O, neqativ çağırışların vaxtında qarşısının alınmasının vacibliyini vurğulayıb və təşəbbüslə bağlı ətraflı müzakirələr aparılacağını, müvafiq addımların atılacağını qeyd edib.
Əsas mənbə: APA
