Gürcüstan Patriarxlığının rəsmisi Azərbaycanla münasibətlərin əsasını açıqlayıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz
Gürcüstan Patriarxlığının rəsmisi Azərbaycanla münasibətlərin əsasını açıqlayıb

Vətənim Media xəbər verir ki, Gürcüstan Patriarxlığının Xarici əlaqələr üzrə şöbə sədrinin müavini Arçil Xaçidze Tbilisidə keçirilən “Gürcüstan-Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək” mövzusunda dəyirmi masada iki ölkə arasındakı münasibətlərin böyük tarixə malik olduğunu və qarşılıqlı hörmətə söykəndiyini bildirib.

Xaçidze Gürcüstanda yaşayan azərbaycanlıların dəyərini vurğulayıb, Azərbaycanın ərazisində yaşayan gürcülərə də qayğı ilə yanaşıldığını deyib. O, xalqlar arasında sülh və əmin-amanlığın qorunmasının, dini və mədəni irsə hörmətin vacibliyini qeyd edib.

Din xadiminin sözlərinə görə, dini sahədəki məsələlər hər iki tərəfin indiki və gələcək maraqları nəzərə alınmaqla həll edilməlidir. O, arzuolunmaz qüvvələrin iki ölkə arasındakı münasibətlərə xələl gətirmək cəhdlərinin qarşısının alınmasının vacib olduğunu vurğulayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗