Vətənim Media xəbər verir ki, oktyabrın 20-də saat 09:00-dan yeni qaz kəmərinin yüksək təzyiqli magistral xəttə birləşdirilməsi işləri başa çatanadək Bakının bəzi ərazilərində qaz verilişi dayandırılacaq. Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Fasilə Yasamal və Nəsimi rayonlarının bir hissəsini, Badamdar qəsəbəsini, Binəqədinin 9-cu və 6-cı mikrorayonlarını, Vorovski və Xutor yaşayış massivlərini, Sulutəpə və Xocəsən qəsəbələrini, eləcə də Biləcərinin bir hissəsini əhatə edəcək.
Əsas mənbə: APA
