Vətənim Media xəbər verir ki, CoinMarketCap-in məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 0,14 faiz artaraq 82 814,99 dollara çatıb. Son yeddi gündə kriptovalyuta 2,11 faiz bahalaşıb, 30 gündə isə 3,17 faiz ucuzlaşıb.
Əsas altkoinlərdən “Monero” 6,07 faiz bahalaşaraq 613,56 dollara, “Quant” isə 2,43 faiz artaraq 201,71 dollara yüksəlib. “Ethereum”un qiyməti 0,01 faiz artaraq 2 442,07 dollar olub. “Solana” 0,28 faiz ucuzlaşaraq 105,44 dollara düşüb.
“CoinMarketCap 20” indeksi 0,04 faiz azalaraq 168,05 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması 1,66 trilyon dollar səviyyəsində olub. Analitiklər bazardakı zəif dinamikanı ABŞ Federal Ehtiyat Sisteminin gələcək faiz qərarları ilə bağlı gözləntilər və investorların riskli aktivlərə ehtiyatlı yanaşması ilə əlaqələndirirlər.
Əsas mənbə: APA
