Ukraynanın Moskva vilayətindəki hərbi zavoda zərbə endirdiyi bildirilir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Ukraynanın Moskva vilayətindəki hərbi zavoda zərbə endirdiyi bildirilir

Vətənim Media xəbər verir ki, Ukrayna ordusu Moskva vilayətinin Serpuxov şəhərindəki “75 Arsenal” hərbi zavodunu vurub. APA-nın Rusiya bürosunun yerli Telegram kanallarına istinadən yaydığı məlumata görə, zərbələr pilotsuz uçuş aparatları və raketlərlə endirilib.

Həmin məlumatda zavodun və hərbi hissənin ərazisində partlayışların baş verdiyi qeyd olunur. “75 Arsenal” silah və sursat istehsal edir, hərbi texnika və artilleriya sistemlərini, eləcə də Buk-M1, Buk-M2 və S-300V hava hücumundan müdafiə sistemlərini təmir edir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗