Vətənim Media xəbər verir ki, Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 dünya çempionatı 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək keçiriləcək.
APA-nın AFFA-ya istinadən yaydığı məlumata görə, turnirin tarixi FIFA Şurası Bürosunun iclasında açıqlanıb. Yarışda 24 komanda iştirak edəcək.
Əsas mənbə: APA
