“Həzi Aslanov” stansiyasında dalanın yenidən qurulması oktyabrın 23-də yekunlaşacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
“Həzi Aslanov” stansiyasında dalanın yenidən qurulması oktyabrın 23-də yekunlaşacaq

“Bakı Metropoliteni” QSC-nin məlumatına görə, “Həzi Aslanov” stansiyasının dalanında aparılan əsaslı yenidənqurma işlərinin oktyabrın 23-də yekunlaşdırılması nəzərdə tutulur.

İşlər təxminən 280 metrlik sahədə üç mərhələ üzrə görülüb. Dalanın divar, döşəmə və tavan hissələri möhkəmləndirilib, arakəsmə divarları yenidən qurulub, izolyasiya və məhlulvurma işləri aparılıb.

Layihə çərçivəsində ümumi uzunluğu təxminən 1000 metr olan dalan yolları dəmir-beton özüllər üzərində qurulub. Dörd yoldan ibarət sahədə altı yoldəyişdirici quraşdırılıb. Elektrik təchizatı, rabitə, işarəvermə, videomüşahidə, yanğın təhlükəsizliyi, su, kanalizasiya və havalandırma sistemlərinin yenilənməsi də plana uyğun davam etdirilir.

Yenidənqurma stansiya və dalan konstruksiyalarının dayanıqlılığının artırılması, qrunt sularının təsirinin azaldılması və infrastrukturun müasir texniki tələblərə uyğunlaşdırılması məqsədi daşıyır. İşlər 2025–2030-cu illər üzrə Dövlət Proqramının tədbirlər planına daxildir.

Mənbə: Report; Milli.Az

Foto: Report

Vətənim Media Shorts

YouTube-da aç ↗