Vətənim Media xəbər verir ki, “The Wall Street Journal”ın (WSJ) mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp “SpaceX”in qurucusu İlon Maskdan Ukraynanın hərbi təyinatlı “Starshield” peyk rabitə sisteminə çıxışını məhdudlaşdıran tədbirləri aradan qaldırmağı tələb edib.
WSJ-nin mənbələri bildiriblər ki, Tramp və Mask arasında telefon danışığından az sonra sistemlər işləməyə başlayıb, lakin rabitə sürəti tam bərpa olunmayıb. “SpaceX” şərh verməyib. Ağ Ev isə Trampın məhdudiyyətlərin tətbiqində iştirak etmədiyi barədə əvvəlki açıqlamalarına istinad edib.
Əsas mənbə: APA
