Rumıniya sahillərində vurulan gəmidəki azərbaycanlıların hamısı xilas edilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Rumıniya sahillərində vurulan gəmidəki azərbaycanlıların hamısı xilas edilib

Vətənim Media xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “KHORYV” yük gəmisinə dron hücumu zamanı göyərtədə olan üç Azərbaycan vətəndaşının hamısının xilas edildiyini bildirib. Gəmi oktyabrın 23-də Rumıniyanın Konstansa limanından 13 dəniz mili aralıda vurulub.

Hacızadənin sözlərinə görə, 13 nəfərlik heyətdə yüngül xəsarət alan 1992-ci il təvəllüdlü Rufan Xaliq oğlu Əhmədov tibbi müayinədən keçib və mehmanxanaya yerləşdirilib. Azərbaycanın Rumıniyadakı səfirliyi aidiyyəti qurumlarla koordinasiya aparır, vətəndaşlara konsulluq dəstəyi göstərilməsi üçün tədbirlər görülür.

XİN vətəndaşları hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfərlərdən, eləcə də Qara və Azov dənizlərində riskli marşrutlarla hərəkət edən gəmilərdə işləməkdən çəkinməyə çağırıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗