Vətənim Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətlərinin kəskin düşəcəyini bildirib. APA-nın KTIV telekanalına istinadən yaydığı məlumata görə, Tramp bu fikirləri Ayova ştatında keçirilən mitinqdə səsləndirib.
ABŞ lideri münaqişənin hansı yolla nizamlanmasından asılı olmayaraq, İranla qarşıdurmanın yaxın vaxtlarda başa çatacağını deyib. Onun sözlərinə görə, bunun ardınca neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək.
Əsas mənbə: APA
