Lənkəranda çayda balıq tutan 57 yaşlı kişi ölüb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Lənkəranda çayda balıq tutan 57 yaşlı kişi ölüb

Vətənim Media xəbər verir ki, Lənkəranın Ürgə kəndi ərazisindən keçən Viravul çayında balıq tutan 57 yaşlı kişi ölüb. APA-nın cənub bürosunun məlumatına görə, ölən şəxs Liman şəhər sakini Fizuli Həsənovdur. Onun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazidə Həsənovun qarmağının naqillərə toxunması ehtimal edilir. Məlumatda onun əvvəllər ürək problemi olduğu da bildirilir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗