Vətənim Media xəbər verir ki, Goranboy ərazisindən keçən Bakı-Qazax magistralında avtomobil piyadanı vurub. APA-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı 1972-ci il təvəllüdlü E. Yusifov yolu keçmək istəyib.
“Changan” markalı avtomobilin vurduğu piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Əsas mənbə: APA
