Bakıda FIFA U-15 turnirində 189 ölkənin komandaları mübarizə aparacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Bakıda FIFA U-15 turnirində 189 ölkənin komandaları mübarizə aparacaq

Vətənim Media xəbər verir ki, Bakıda FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib. Tədbir Bakı Kristal Zalında baş tutub. Dövlət Himnindən sonra turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov və FIFA prezidenti Canni İnfantino çıxış edib, daha sonra bədii proqram təqdim olunub.

FIFA-ya üzv 189 ölkənin komandalarının iştirakı ilə keçirilən turnirdə ümumilikdə 1000-ə yaxın oyunun təşkili nəzərdə tutulur. Yarış oktyabrın 30-dək davam edəcək. Oyunlar Hövsan Yarış Kompleksində, açılış və final mərasimləri isə Bakı Kristal Zalında keçiriləcək.

Azərbaycan millisi turnirdə ilk oyununu Timor-Leste yığmasına qarşı keçirəcək. Yığmamız oktyabrın 25-də Andorra və Avstraliya, oktyabrın 26-da isə İsrail və Haiti ilə qarşılaşacaq.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗