Vətənim Media xəbər verir ki, Bakının 14 küçə və prospektində nəqliyyatın sıx olduğu bildirilir. Məlumatı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Sıxlıq Bakı-Sumqayıt şosesində “20 Yanvar” metro stansiyası istiqamətində, Heydər Əliyev prospektinin mərkəzə gedən köməkçi yolunda, Sabunçu-Zabrat şosesində “Koroğlu” metro stansiyası istiqamətində və digər yollarda qeydə alınıb. Tam siyahıya Alı Mustafayev, Rəşid Behbudov, Binəqədi şosesi, Ziya Bünyadov, 28 May, 1-ci Göl kənarı, Mikayıl Əliyev, Qara Qarayev, 8 Noyabr, Mikayıl Müşfiq və Koroğlu Rəhimov küçə və prospektləri daxildir.
Əsas mənbə: APA
