Vətənim Media xəbər verir ki, “AccessBank” və “Bank Respublika” arasında sövdələşmə başa çatıb. Bu barədə “AccessBank”ın İdarə Heyətinin sədri David Tsiklauri APA-Economics-ə bildirib.
Tsiklauri bankdakı beşillik fəaliyyətini dəyərləndirərək, 2023-cü ildən kapitalın rentabelliyinin 25 faizdən yüksək olduğunu deyib. Onun sözlərinə görə, səhmdarlar üçün yaradılan dəyər təxminən 3,5 dəfə artıb, bu göstərici üzrə orta illik artım tempi isə 28,5 faiz olub.
O, sövdələşmənin tamamlanması münasibətilə “Bank Respublika”nın kollektivini təbrik edib. Tsiklauri bildirib ki, sövdələşmə və bankların gələcək birləşməsi müştərilər, əməkdaşlar və səhmdarlar üçün daha geniş imkanlar yaradacaq.
Əsas mənbə: APA
