Vətənim Media xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin açıqlamasında İranda Azərbaycan dilində tədris aparılan məktəbin olmadığı bildirilib. APA-nın məlumatına görə, nazirlik ali təhsil müəssisələrində də Azərbaycan dilində dərs keçirilmədiyini qeyd edib.
Nazirliyin açıqlamasında İran əhalisinin təxminən 40 milyonunun köklü etnik azərbaycanlılardan ibarət olduğu və onların onilliklərdir ana dilində təhsil hüququndan məhrum edildiyi vurğulanıb. Qurum İran rəsmilərini Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə bu məsələyə diqqət ayırmağa çağırıb.
Açıqlama İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərrafın Azərbaycanda vahid məktəbli geyiminə qarşı çıxması və İran universitetlərinin azərbaycanlı qızları qəbul etməyə hazır olduğunu deməsi fonunda yayılıb.
Əsas mənbə: APA
