Rusiyada təcrübəsiz sürücülərə güclü avtomobillər üçün qadağa təklif edildi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Rusiyada təcrübəsiz sürücülərə güclü avtomobillər üçün qadağa təklif edildi

Vətənim Media xəbər verir ki, APA-nın Moskva bürosunun məlumatına görə, Milli Avtomobil İttifaqının rəhbəri Anton Şaparin üç ildən az sürücülük təcrübəsi olan şəxslərin 150 at gücündən çox avtomobil idarə etməsinə qadağa qoyulmasını təklif edib. O, bu barədə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevə müraciət edib.

Şaparin təklifin səbəbi kimi təcrübəsiz sürücülərin yol qəzalarında payının yüksək olmasını və onların təhlükəli idarəetmə vərdişlərini göstərib. Təklifə əsasən, qadağanı pozanlar 5 min-15 min rubl cərimələnə bilər. Həmçinin yol hərəkəti qaydalarını davamlı pozan sürücülərin sosial şəbəkə paylaşımlarının izlənməsi və məsuliyyətə cəlb edilməsi təklif olunur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗