Vətənim Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yoxlaması zamanı Yasamal rayonundakı “El Pizza” restoranında yanğın təhlükəsizliyi qaydalarının pozulduğu aşkarlanıb.
FHN-in Mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, mətbəxdə təbii qazdan və standarta uyğun olmayan odun sobalarından istifadə edilib. Odsöndürən balonlar tələb olunan hündürlükdə yerləşdirilməyib, təxliyə planı və yanğına qarşı rejim müəyyən edilməyib. Restoranın icbari sığorta şəhadətnaməsi də təqdim olunmayıb.
Xidmət pozuntuları nəzərə alaraq restoranın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim olunub.
Əsas mənbə: APA
