Vətənim Media xəbər verir ki, Yelo Bank-ın “Parlaq sahillər” aksiyası Hövsan qəsəbəsinin sahilində keçirilib. Könüllü təmizlikdə bankın onlarla əməkdaşı iştirak edib.
Aksiya zamanı sahildən 1 tona yaxın tullantı yığılıb və növlərinə görə çeşidlənərək təkrar emala yönəldilməsi üçün müvafiq təşkilata təhvil verilib. Bank təşəbbüsü gələcəkdə yeni ərazilərdə davam etdirməyi planlaşdırır.
Əsas mənbə: APA
