Vətənim Media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2026-cı ilin yanvar-sentyabr aylarında daşınmaz əmlak üzərində 275 976 mülkiyyət hüququnu qeydiyyata alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz çoxdur. Qeydiyyatların 51 427-si ilkin, 224 549-u isə təkrar olub.
Hesabat dövründə qeydiyyata alınan hüquqların 81 239-u Bakının payına düşüb. Bundan başqa, 49 646 ipoteka və 5 692 icarə və istifadə yüklülüyü qeydə alınıb. Daşınmaz əmlak obyektləri üzrə 193 414 texniki pasport da tərtib edilib.
Əsas mənbə: APA
