Vətənim Media xəbər verir ki, APA-nın “News 12” telekanalına istinadən yaydığı məlumata görə, Cənubi Karolinadakı “Savanna-River” nüvə kompleksinin laboratoriyasında baş verən yanğından sonra fövqəladə vəziyyət elan edilib.
Kompleks rəhbərliyi yanğının laboratoriyanın bir otağında qeydə alındığını və yer səviyyəsində filtrlənməmiş radiasiya emissiyası baş verdiyini bildirib. Rəhbərliyin açıqlamasına görə, laboratoriyanın zədələnmiş binasından kənarda və kompleksin digər ərazilərində radioaktiv çirklənmə aşkarlanmayıb.
Əsas mənbə: APA
