Vətənim Media xəbər verir ki, “CoinMarketCap”ın məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 1,46 faiz azalaraq 79 696,70 dollara enib. Kriptovalyuta son yeddi gündə 3,78 faiz, son 30 gündə isə 4,06 faiz dəyər itirib. Bazar kapitallaşması 1,60 trilyon dollar səviyyəsindədir.
“Ethereum” 2,09 faiz ucuzlaşaraq 2 303,39 dollara, BNB isə 0,05 faiz azalaraq 745,08 dollara düşüb. “Zcash”in qiyməti 6,24 faiz geriləyərək 1 235,73 dollar, “Bitcoin Cash”in qiyməti isə 6,55 faiz azalaraq 277,62 dollar olub. Qızıl əsaslı “PAX Gold” və “Tether Gold” müvafiq olaraq 0,16 və 0,07 faiz ucuzlaşıb.
Analitiklərin qiymətləndirməsinə görə, satış təzyiqi investorların riskli aktivlərə ehtiyatlı yanaşması ilə bağlı ola bilər. Onlar “Zcash” və “Bitcoin Cash”dəki daha kəskin enişin alternativ kriptovalyutalarda satışların güclü olduğunu göstərdiyini bildirirlər.
Əsas mənbə: APA
