Yelo Hədəf əmanətində hədəf məbləğə çatana əlavə 1% faiz hesablanacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Yelo Hədəf əmanətində hədəf məbləğə çatana əlavə 1% faiz hesablanacaq

Vətənim Media xəbər verir ki, Yelo Bank “Yelo Hədəf” adlı yeni əmanət məhsulunu təqdim edib. Müştəri əmanət açarkən yığım hədəfini müəyyənləşdirir. Hədəfə çatdıqdan sonrakı gündən əmanətin faiz dərəcəsinə əlavə 1 faiz gəlir hesablanır.

Əmanət açarkən fərdi, ailə və ya uşaq yığımı seçmək mümkündür. Məhsul Yelo App vasitəsilə bir neçə addımda açılır, hazırda isə ondan yalnız Android istifadəçiləri yararlana bilər. Əmanət yalnız onu açan şəxsin adına rəsmiləşdirilir və həmin şəxsin öz vəsaitlərini toplamaq üçün nəzərdə tutulub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗