Vətənim Media xəbər verir ki, “PAŞA Sığorta” 2026-cı ilin sentyabrında müştərilərinə müxtəlif sığorta hadisələri üzrə 16 milyon manata yaxın ödəniş həyata keçirib. Bu barədə şirkət APA-Economics-ə məlumat verib.
Ödənişlərin 10 milyon 169 min 191 manatı avtomobillərə dəymiş zərərlərə, 157 min 8 manatı isə əmlak hadisələrinə aid olub. Könüllü tibbi və səyahət sığortası, məsuliyyət sığortası və digər növlər üzrə ödənişlər 5 milyon manatı ötüb. Məbləğlər icbari və könüllü sığorta müqavilələrini əhatə edib.
Əsas mənbə: APA
