Vətənim Media xəbər verir ki, “PAŞA Real Estate Qrup” və “Marriott International” Özbəkistanın paytaxtı Daşkənddə JW Marriott brendi altında rezidensiyaların yaradılması ilə bağlı saziş imzalayıb.
Layihə “PAŞA Real Estate Qrup”un inşa etdiyi üçbinadan ibarət kompleksdə həyata keçiriləcək. Kompleksin bir binasında “The Ritz-Carlton, Tashkent” hoteli və həmin brendin rezidensiyaları, digər iki binasında isə JW Marriott rezidensiyaları yerləşəcək. Ərazidə lüks mağazalar və restoranların olduğu ticarət-gəzinti zonasının yaradılması da planlaşdırılır.
“The Ritz-Carlton, Tashkent” hotelinin və “The Ritz-Carlton Residences, Tashkent” yaşayış layihəsinin tikintisi davam edir. Bununla “The Ritz-Carlton” brendinin Özbəkistanda ilk dəfə fəaliyyətə başlaması gözlənilir. JW Marriott rezidensiyaları da həmin kompleksin tərkibində olacaq.
Əsas mənbə: APA
