Əslən Ucar rayonundan olan Xuraman Hacıyeva 7 mart 1945-ci ildə Bakıda doğulub.1964-cü il…

Şrift
Əslən Ucar rayonundan olan Xuraman Hacıyeva 7 mart 1945-ci ildə Bakıda doğulub.1964-cü il…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əslən Ucar rayonundan olan Xuraman Hacıyeva 7 mart 1945-ci ildə Bakıda doğulub.1964-cü il….

Əslən Ucar rayonundan olan Xuraman Hacıyeva 7 mart 1945-ci ildə Bakıda doğulub.1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub.1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və dram teatrında aktrisa işləməyə başlayıb. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. 1972-ci ildə Bakıya gələrək Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub.

Universitetinin ikinci kursunda oxuyanda "Arşın mal alan" filmində Asya rolunun çəkilişlərində iştirak edir. Dərsə davamiyyəti zəiflədiyi üçün o, universitetdən xaric olunur. Atası hüquqşünas, anası isə evdar qadın olub.

Ailəsi aktrisa olmasına razı olmayıb. Kino ilə yanaşı teatr aktrisası olan Xuraman Hacıyeva səhnədə öz rolunu təbii ifa etməkdən çəkinməyib. Aktyor dostu Tariyel Qasımovla bir-birlərinə qarşı isti münasibətləri olub.

Tariyel Qasımov müsahibələrinin birində bu məsələyə belə aydınlıq gətirir:"Xuraman çox gözəl xanım idi. İndi desəm ki, ona qarşı heç bir hissim olmayıb, düz çıxmaz. Mən də gənc vaxtlarımda çox yaraşıqlı idim.

Xuraman da mənə qarşı biganə deyildi. Hətta onun yaxın rəfiqəsi, xanım həmkarlarımızdan biri mənə demişdi ki, "sən hara baxırsan, onun sənə qarşı olan sevgisini görmürsən?". Heç nə edə bilməzdim.

Çünki, tərəf müqabili idik, tez-tez səhnəyə çıxırdıq. Əgər ona hisslərimi ifadə etsəm, ailə qursaydıq, onda bir yerdə çalışmaqdan da imtina etməli olardıq. Çünki, ailədə söz-söhbət olur, küskünlük yaranır.

Bu inciklik istər istəməz Xuramanda səhnədə özünü biruzə verəcəkdi və əvvəlki kimi təbii ifalar alınmayacaqdı. Hisslərimizi işimizə görə kənara qoyduq, yaxın dost olduq. Qəribə gələcək sizə bəlkə, amma ailə quracağım xanımı sonralar Xuraman seçmişdi.

İstəyirdi ki, hər şeyin yaxşısı mənim olsun, xoşbəxt olum". Film çəkilişlərindən və səhnə qrimindən başqa aktrisa heç vaxt makiyaj etməyib, təbii gözəlliyə üstünlük verib. Aktrisa Gəncədə yaşayarkən bir nəfərlə vətəndaş nikahında olub.

Onun bu nikahdan bir qız övladı dünyaya gəlib və qızını təkbaşına böyüdüb. Aktrisanın qızı türk vətəndaşı ilə ailə qurub. Kürəkəninin xahişi ilə evini satan Xuraman xanım bir müddət Türkiyədə yaşasa da sonradan vətənə qayıdır və evsiz qalır.

Bu əhvalat ona pis təsir edir, qızı ilə tez-tez mübahisələr yaşayır. Günlərin birində isə qızı onu tərk edərək Türkiyəyə gedir. Tək qalan aktrisa çox əsəbləşir.

Qızının onu tərk edib getməsi ona böyük zərbə vurur və aktrisa infarkt keçirir. Xuraman xanım Türkiyədən qayıdandan sonra evi olmadığından bir il yarım rəfiqəsi və həmkarı aktrisa Məsumə Babayevanın evində qalır. Daha sonra Bakıya qayıdan qızının ailəsi ilə birgə kirayələrdə qalır.

Deyilənə görə kürəkəni məşhur olduğu üçün onu tez-tez maddi baxımdan ailəyə kömək etməməkdə günahlandırır: "Sən tanınmış adamsan, evə pul tap gətir" deyirmiş. Aktrisa isə qızının ailəsində söz-söhbət olmasın deyə məcbur olub yaxın adamlarından borca pul alırmış… Xuraman Hacıyevanın ən sevimli məşğuliyyətlərindən biri krossvord həll etməkmiş.

Yaxşı xörək bişirməyi, paltar tikib, məclis qurmağı bacarıb. Nə qədər pozitiv insan olsa da, həyatındakı çətinliklər onu qaraqabaq və qəmgin adama çevirib. Aktrisa Məsumə Babayeva müsahibələrinin birində deyirdi: "Tamaşalarda çox rol alırdı.

Digər aktrisalar da onu çox qısqanırdılar. Çalışırdılar ki, bir yolla Xuramanı gözdən salsınlar, rollarını əlindən alsınlar. Lakin, o da hamının cavabını verə bilirdi, özünü heç vaxt kimlərinsə yanında sındırmazdı.

Bir ara küsüb getdi Naxçıvan Teatrına. Elə orada olanda da "Xalq artisti" adını aldı".(mənbə:kulis. az) Xuraman Hacıyeva 2005-ci il fevralın 5-də Bakıda işdən evə gedərkən qəfildən ürəyini tutub küçədə yıxılır.

Küçədəki insanlar onu xəstəxanaya aparsalar da aktrisanın həyatını xilas etmək mümkün olmur. O, 59 yaşında vəfat edir. Xalq artisti Ucar rayonunda dəfn edilib…

RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗