Vətənim Media xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper ABŞ-ın mühafizəsi altında onlarla ticarət gəmisinin Hörmüz boğazından keçdiyini bildirib. APA-nın məlumatına görə, ABŞ təyyarələri, hərbi gəmiləri və dəniz dronlarından ibarət eskadrilya boğazda “müdafiə zolağı” yaradaraq patrul aparır.
Kuper bu həftə regiondakı ABŞ qüvvələrinə baş çəkdiyini və Yaxın Şərqdə əməliyyatlara dəstək verən 50 mindən çox hərbçi ilə görüşdüyünü qeyd edib.
Əsas mənbə: APA
