Vətənim Media xəbər verir ki, Daş Salnamə Muzeyində rəssam və heykəltəraş Orxan Nəbizadənin “Qədim daş, müasir yaddaş” və Elvin Nəbizadənin “Məsuliyyət radiusu” layihələri təqdim edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva tədbirdə iştirak ediblər. Orxan Nəbizadənin layihəsi Qobustanın qədim qayaüstü təsvirlərindən ilhamlanıb; heykəltəraşlıq nümunələrində Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və şah qartalı təsvir olunub. Elvin Nəbizadənin layihəsində insanın vəhşi təbiətə münasibəti interaktiv formada təqdim edilib.
Əsas mənbə: APA
