Vətənim Media xəbər verir ki, Rusiya noyabrın 1-də Ukraynanın Vinnitsa vilayətindəki Kozyatın icmasına zərbə endirib. Vinnitsa Vilayət Hərbi Administrasiyasının rəhbəri Natalya Zabolotnayanın APA-ya verdiyi məlumata görə, hücumda 13 yaşlı qız da daxil olmaqla iki nəfər ölüb. Reanimasiyaya yerləşdirilən daha bir qadının həyatını xilas etmək mümkün olmayıb.
Dörd nəfər yaralanıb, onlardan üçü uşaqdır. Yaralılar xəstəxanaya yerləşdirilib və vəziyyətləri orta ağır qiymətləndirilir. Zərbə peşə məktəbinin yataqxanası ilə təhsil müəssisələrindən biri arasındakı əraziyə düşüb. Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, yataqxananın ərazisində yanğın baş verib, avtomobillər yanıb. Hadisə yerində müvafiq xidmətlər işləyir, hücumun nəticələri dəqiqləşdirilir.
Əsas mənbə: APA
