Vətənim Media xəbər verir ki, noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub. APA-nın məlumatına görə, tamaşanı Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri izləyiblər.
Əsər Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində səhnəyə qoyulub. Rejissor və xoreoqraf Əkrəm Xan müasir rəqslə klassik hind rəqsini bir araya gətirib. Tamaşa “Wadi AlFann”ın sifarişi ilə hazırlanıb; dünya premyerası 2025-ci ilin yanvarında keçirilib.
Əsas mənbə: APA
