Vətənim Media xəbər verir ki, APA Bolqarıstan prezident seçkilərinin ikinci turunda səslərin hesablanmasına dair rəsmi nəticələri yayıb. Prezident və vitse-prezident vəzifələrinə namizədlər İliyana Yotova və Kiril Valçev səslərin 57,636 faizini, yəni 1 milyon 77 mindən çoxunu toplayıblar.
Andrey Gyurov və Georgi Kandev 39,402 faiz, təxminən 736 min səs qazanıblar. Nəticələr yerli vaxtla saat 03:00-a olan məlumata əsasən, protokolların 98,43 faizi hesablandıqdan sonra açıqlanıb. Yekun nəticələrin noyabrın 4-dən gec olmayaraq elan ediləcəyi bildirilib.
Əsas mənbə: APA
